Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft91.66 $▼3.79%
  • WTI neft85.03 $▼3.75%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.087 $▼2.25%
  • Qızıl3 869 $▼0.04%
  • Gümüş47.27 $▼0.12%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda599.75 ¢▲2.22%
  • Bitcoin64 924 $▲0.11%
  • Ethereum1 829 $▲0.50%
  • S&P 5007 417▼1.91%
8°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

“Əliyevlə Ərdoğan paradı izləyərkən İrəvanda Paşinyanın istefası tələb olunurdu” - “Əl-Cəzirə”

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Əl-Cəzirə” informasiya agentliyi Azərbaycan Ordusunun Qarabağdakı şanlı qələbəsi münasibətilə keçirilən Zəfər paradını işıqlandırıb.

Busaat.az  xəbər verir ki, nəşrin dərc etdiyi məqalədə bildirilib ki, 3000-dən çox əsgərin iştirak etdiyi parada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılaraq Türkiyə-Azərbaycan birliyini bir daha təsdiqləyib.

Məqalədə İlham Əliyevin parad zamanı çıxışından bəzi hissələr sitat gətirilib:

“Müharibənin ilk saatlarından etibarən Türkiyənin dəstəyini hiss etdik. Bu, bizim birliyimizin, qardaşlığımızın nümunəsidir”.

Məqalədə qeyd olunub ki, bir ay əvvəl imzalanan razılaşma ilə 6 həftəlik döyüş əməliyyatları Azərbaycanın qələbəsi ilə nəticələnib. Ermənistan tərəfində isə razılaşma kütləvi etirazlara səbəb olub.

Qeyd olunub ki, Əliyev və Ərdoğan Bakıdakı paradı izləyərkən Ermənistanın paytaxtında etirazçılar hökumət binasının qarşısında nümayiş keçirərək Paşinyanın istefasını tələb edib.

“Ümidvarıq ki, Ermənistan liderləri bunu diqqətlə qiymətləndirəcək və sülh və sabitliyə əsaslanan bir gələcək qurmaq üçün cəsarətli addımlar atacaqlar”,- deyə məqalədə Ərdoğanın parad zamanı çıxışından sitat gətirilib

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=27208