Elşad Hacıyev “Davam”ın qonağı olub

image-img_5358backend

17 mart tarixində “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev ilə davamçı gənclər arasında “Narkotik vasitələrə qarşı mübarizə” mövzusunda görüş baş tutub.

Görüş zamanı Elşad Hacıyev dövrün aktual problemi olan narkomaniyaya qarşı aparılan maarifləndirmə və profilaktik mübarizə tədbirlərindən bəhs edib, o cümlədən “ağ ölüm”ün fəsadları, “Hüquq qaydasının təmin olunmasında vətəndaşın vəzifələri” və digər elmi-hüquqi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bununla yanaşı, görüş iştirakçılarına hüquqazidd əməllərlə bağlı polis tərəfindən görülən tədbirlər, ictimai qayda və təhlükəsizliyin qorunmasında vətəndaş məsuliyyətinin əhəmiyyəti ilə bağlı faktoloji məlumatlar verilib.

Diskussiya formatında davam edən söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb. Sonda xatirə fotosu çəkilib.

image-img_5388 image-img_5364 image-img_5353 image-img_5427 image-img_5428 image-img_5358 image-img_5367 image-img_5431 image-img_5439 image-img_5430 image-img_5361

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90