Ən böyük Super Ay nə vaxt görünəcək?

image-rian_8235646-hr-pic_32ratio_900x600-900x600-73198backend

Bu il ən böyük Super Ay səmada oktyabrın 17-də müşahidə oluna bilər – həmin gün tam fazada Ay planetimizdən minimum məsafədə olacaq.

Busaat.az xəbər verir ki, bu barədə “Moskva Planetarium” məlumat yayıb.

Nəşr qeyd edir ki, oktyabrın 17-də saat 04:47-də Ay 2024-cü ildə Yerə ən yaxın məsafədə – öz orbitinin perigeyində 357 172 km məsafədə olacaq.

Sentyabrın 18-də səmada 2024-cü ilin ikinci ən böyük tam ayı görünəcək, lakin həmin gün Aydan Yerə olan məsafə oktyabrdakından daha çox olacaq.

Super Ay Ay və Yerin bir-birindən minimum məsafədə (perigedə) olduğu böyük tam aydır. Bu zaman Ay vizual olaraq ən uzaq nöqtəni (apogeyi) keçdiyi vaxtdan 14% daha böyük görünür.

Qeyd edək ki, əvvəlki Super Ay avqustun 19-da müşahidə edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki