“Ən pis vəziyyət qabaqdadı, inanın mənə…” – ÜST rəhbərindən ŞOK XƏBƏRDARLIQ

“Ən pis vəziyyət qabaqdadı, inanın mənə…” – ÜST rəhbərindən ŞOK XƏBƏRDARLIQbackend

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus dünyada hələ koronavirusla bağlı ən pis vəziyyətin keçib getmədiyini bildirib.

Busaat.az xəbər verir ki, ÜST-ün Cenevrədəki mərkəzində videokonfransdan sonra brifinqdə danışan Tedros Adhanom Gebreyesus virusa qalib gəlməyin iki şərtini vurğulayıb.

Baş direktorun fikrincə, koronanın öhdəsində qlobal müqavimət və beynəlxalq həmrəylik hesabına gəlmək olar: “Bu iki faktor olmasa, inanın mənə, ən pis vəziyyət hələ qabaqdadı. Faciəni önləyək. Bu, elə virusdu ki, çoxları hələ bunun fərqində deyil”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90