Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft101.16 $▼2.28%
  • WTI neft93.79 $▼2.10%
  • Avropa qazı (TTF)89.40 €▼2.90%
  • Təbii qaz (ABŞ)2.901 $▲1.04%
  • Qızıl4 045 $▲1.97%
  • Gümüş52.17 $▲4.43%
  • Pambıq78.15 ¢▲1.11%
  • Buğda604.75 ¢▲1.94%
  • Bitcoin80 891 $▲4.60%
  • Ethereum2 444 $▲7.57%
  • S&P 5007 704▲1.79%
19°Bakı
  • USD1.7000
  • EUR1.9000
  • 100 RUB2.1118
  • GBP2.2769
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557
  • GEL0.6561
  • 100 KZT0.3743
  • UAH0.0375
  • 100 JPY1.0771
  • CHF2.0635
  • USD1.7000
  • EUR1.9000
  • 100 RUB2.1118
  • GBP2.2769
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557
  • GEL0.6561
  • 100 KZT0.3743
  • UAH0.0375
  • 100 JPY1.0771
  • CHF2.0635
Dünya

Ərdoğan CHP QƏRARGAHINDA

image-chp
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan ana müxalifət mövqeyindəki Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahına baş çəkəcək, bu partiyanın sədri Özgür Özellə görüşəcək.

Busaat.az xəbər verir ki, bu, sonuncu bələdiyyə seçkilərindən sonra başladılan normallaşma (yumşalma) prosesi çərçivəsində liderlərin ikinci görüşüdür.

Bir müddət əvvəl CHP sədri AKP qərargahında olmuş, Ərdoğanla müzakirələr aparmışdı. Bugünkü görüş Ərdoğanın 18 il sonra CHP qərargahına ilk gəlişi şəraitində keçiriləcək. Ərdoğan sonuncu dəfə 2006-cı ildə dönəmin CHP sədri mərhum Deniz Baykalı partiyanın yeni qərargaha köçməsi münasibətilə ziyarət etmişdi.

Ərdoğan-Özel görüşünün gündəliyinə gəlincə, normallaşma (yumşalma) prosesinin davamı çərçivəsində siyasi, hüquqi, sosial-iqtisadi və digər cari məsələlərin müzakirəsi gözlənilir.

Bundan əvvəlki görüş nəticəsində CHP-nin kölgə kabinetinə daxil olan siyasətçilərlə nazirlərin görüşünün təşkili və “28 Şubat” prosesi çərçivəsində həbs olunan generalların əfvi kimi addımlar atılmışdı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=140042