Ərdoğan və Bayden görüşdü - Fotolar
- Xəbər verdiyimiz kimi, NATO ölkələri dövlət və hökumət başçılarının Zirvə görüşü Brüsseldə başlayıb.
Busaat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüşün əsas hissəsinə keçmədən öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında ilk üz-üzə təmas baş tutub.
Liderlər iclasdan öncə salamlaşıblar.
Qeyd edək ki, Zirvə görüşü çərçivəsində Ərdoğan və Baydenin təkbətək görüşü gözlənilir.
![]()





