Ərdoğanla Əliyev Şuşada olarkən Paşinyan Zəngəzura gedib

image-zengezurbackend

Ərdoğan və Əliyevin Şuşada tarixi görüşə başladığı gün Paşinyan seçki kampaniyası üçün Zəngəzura gəlib.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada masaya yatıracağı məsələlərdən biri də Zəngəzur dəhlizi olacaq.

Bunu və Ermənistandakı seçki mübarizəsinin əsas platformasının Zəngəzur olması detalını nəzərə alsaq, Paşinyanın indi bu bölgəyə gəlməsinin ermənilərə “Sünik bizdədir” mesajı verməsinə hesablandığını deyə bilərik. Seçki təbliğatı baxımından təəccüblü deyil.

Burada diqətçəkən məqam başqadır: İrəvan üçün artıq Qarabağ yox, Zəngəzur problemi var və ermənilərin Xankəndidəki qorxuları Ermənistanın daxilinə köçürülüb.

Asif

(Publika.az)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90