“Yumşaq gücün təsiri, aksiyaların keçirilməsi ilə Qarabağda yaşayan erməni əhali daxilində ciddi parçalanma var. Bütün bəlaların səbəbkarı kimi Vardanyanı görürlər”.
Bunu anti-terror əməliyyatı ehtimalından danışan hərbi ekspert Elxan Şıxəliyev Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Ruben Vardanyan məcburiyyət qarşısındadır və onu istefaya çağıran çağırışlar gündəmdədir: “Ermənistanda sosial şəbəkələrdə Vardanyanın istefasına çağırışlar var. Yumşaq gücün təsiri, aksiyaların keçirilməsi ilə Qarabağda yaşayan erməni əhali daxilində ciddi parçalanma var. Bütün bəlaların səbəbkarı kimi Vardanyanı görürlər. Onlarda belə bir sual yaranır ki, “başımıza gələnlərin səbəbkarı Vardanyandırsa, niyə hakimiyyətdə olsun?”
Azərbaycanın bölgədə anti-terror əməliyyatı keçirmə ehtimalına toxunan ekspert qeyd edib: “Vardanyan gəlməmişdən öncə Azərbaycan Qarbağ ermənilərilə inteqrasiyanın ilkin mərhələsində idi. Gəlişi ilə bütün paradiqmaları alt üst etdi. Ona görə yeni mərhələdə onun çıxıb getməsi vacibdir. Əgər getməsə anti-terror əməliyyatlarının keçirilməsi labüd olur. Hələki yumşaq güc sərt gücdən daha təsirlidir. Azərbaycan yumşaq gücü aksiyalar üzərindən davam etdirəcək. Azərbaycanın istəkləri üzərinə separatçılardan müsbət mesaj gəlməsə, atılacaq addım anti-terror əməliyyatının keçirilməsi olacaq. 2022-ci ildə ermənilər düşünürdülər ki, rus sülhməramlıları varsa, Azərbaycan əməliyyat keçirə bilməz. Qisas əməliyyatı göstərdi ki, rus kontingentinin orada olması Azərbaycanın əl-qolunu bağlamır. Anti-terror əməliyyatının keçirilməsi Laçın yolu üzərində keçirilən aksiyanın nəticəsindən asılı olacaq”.
Ələsgər / Busaat.az