UEFA Avropa Liqası: “Qarabağ” bu gün qrup mərhələsində ilk oyununa çıxacaq

image-uefa-avropa-liqasibackend

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.

Busaat.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda I turda Bakıda Norveç “Molde”si ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 20:45-də başlayacaq.

Görüşü şotlandiyalı Con Bitonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. H qrupunun digər matçında Almaniyanın “Bayer 04” komandası İsveç “Hakken”ini qəbul edəcək. Bu oyun da eyni saatda start götürəcək.

UEFA Avropa Liqası, qrup mərhələsi

I tur

20:45. “Qarabağ” – “Molde” (Norveç)

Baş hakim: Con Biton (Şotlandiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90