Xankəndindən ən son təxliyə olunan erməni həkim maraqlı faktlar açıqlayıb.
Busaat.az xəbər verir ki, O bildirib ki, bütün qohumları artıq Yerevandadır:
“Mən yerli hospitalda həkiməm. Ümid edirdim ki, bəlkə vəziyyət bizim üçün düzələr. Sona qədər gözlədim. Amma düşündüyüm kimi olmadı. Çalışdığım xəstəxanada çox sayda yaralı və ölmüş erməni əsgər var idi. Çox dəhşətli idi”.
Görüntülərdə diqqət çəkən məqam odur ki, həkim danışmaqda belə çətinlik çəkir. Görünür düşmən tərəfində yaralıların və ölənlərin sayı hədsiz çoxdur.
Qeyd edək ki, yayılmış bu görüntüləri Dağlıq Qarabağın “dikdaban”lı hərbi jurnalisti Darya Aslamova ”Youtube” kanalında paylaşıb.
Hərbi jurnalistikanın üz qarasına çevrilən Aslamova təxribat məzmunlu dırnaqarası peşəkarlığı ilə məhşurdur.