Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft93.92 $▼9.27%
  • WTI neft87.17 $▼9.01%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.948 $▲2.68%
  • Qızıl4 143 $▲4.45%
  • Gümüş53.19 $▲6.47%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda601.75 ¢▲1.43%
  • Bitcoin80 692 $▲0.33%
  • Ethereum2 433 $▲0.47%
  • S&P 5007 689▲1.59%
15°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Analitika

"Erməni ideoloqlarının hay - küyü, torpaqlarımızı yenidən nəzarət altına almaq istəyidir..." - AÇIQLAMA

image-fa877bab-76c2-42f7-b87b-5368d169cbe6
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın keçmiş Xarici işlər naziri Vardan Oskanyan mətbuata çıxışında bildirib ki,  beynəlxalq ictimaiyyət və Azərbaycan bilməlidir ki, Paşinyanın qərarı iki xalq arasında sülh gətirməyəcək. Baş nazir sənədi imzalasa belə, bu, yalnız tarixin təbii axarından müvəqqəti sapma olacaq.

Sabiq erməni nazirini bu fikirləri bildirməyə nə vadar edir? Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasından niyə bu qədər narahat olur?

Mövzu ilə bağlı Busaat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib ki, artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib:

“Kimin nə deməsindən və nə səsləndirməsindən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bu beynəlxalq hüquqa və sərhədlərimizin toxunulmazlıq hüququna tam uyğundur. Azərbaycan dövləti hüquqa uyğun hərəkət edir. Torpaqlarımızdan qovulmuş işğalçı qüvvələrin ideoloqlarının və nümayəndələrinin bugünkü  hay-küyü yenidən torpaqlarımızı nəzarət altına almaq istəyindən irəli gəlir. 

Ermənilərin iddiaları və çirkin fikirləri, Azərbaycan xalqının öz torpağında müstəqil dövlətini qurub normal yaşamaq prinsipinə hər hansısa bir problem yarada bilməyəcəkdir.

Bu baxımdan da erməni ideoloqları Azərbaycan ərazilərini yenidən işğal etmək barəsində deyil, öz xalqının milli düşüncəsini dəyişib qonşu dövlətlərlə normal yaşamaq və normal münasibətlər qurmaq tərzində çalışmalıdırlar.

Təəssüf edirik ki, hələ bu baş vermir. Amma bununla belə bu onların problemləridir. Azərbaycan xalqı torpağının sahibidir. Onu qorumağı və özünün yüksək səviyyədə yaşayışı üçün yenidən qurulmanın təcrübəsini ortaya qoya bilir…”

Bünyamin Bünyadzadə

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110666