Erməni mediası İrəvanda mülk alan azərbaycanlılarla bağlı məlumat yaydı – FOTOFAKT

image-1648725226whatsappimage20220331at14backend

Erməni teleqram kanallarında 2005-ci ildən 2021-ci ilə qədər Ermənistanda mülk əldə edən xarici ölkələrin siyahısı yayılıb. Nə qədər qəribə olsa da bu ölkələr sırasında Türkiyə və Azərbaycanın da adı yer alıb.

Hökumətin yaydığı həmin rəsmi sənədi teleqram kanalları Ermənistanın investisiyalara loyal ölkə olma faktı kimi dərc edib.

Siyahıya görə, Azərbaycan vətəndaşları Ermənistanda 2012-ci ildə 3, 2018-ci ildə 1, 2019-cu ildə 2 mülk əldə ediblər.

Ermənistanda mülk əldə etmiş vətəndaşlarınmızın kimlikləri ilə bağlı araşdırma aparılıb. İlkin ehtimallara görə, Ermənistanda mülk əldə etmiş azərbaycanlılar əsasən İran vətəndaşlarıdır.

Amma illər öncə də milli mətbuatımızda bəzi Azərbaycanlı məmurların düşmən ölkədə mülklərinin olması barədə məlumatlar dərc olunub. Bu siyahıda Ramiz Mehdiyevin və “Qaçqınkom”un keçmiş sədri Əli Həsənovun yaxınlarının da adları keçib.

Bizsə hələlik erməni mediasının dərc etdiyi Azərbaycanlıların illərə görə əldə etdiyi mülk sayını göstərən sənədi diqqətinizə təqdim etməklə kifayətlənirik. Araşdırmamız davam edəcək.

Bizim.Media

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki