Erməni terroru…

image-ermeni-terrorubackend

“Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 2023-cü il sentyabrn 19-da səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb. Nəticədə agentliyin 2 əməkdaşı – 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar. Eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı – 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində – Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.

Qanunsuz erməni silahlı diversiya qruplarının Qarabağda törətdiyi son terror aktları bölgədəki gərginliyi pik həddə çatdırıb. Görünən odur ki, erməni terrorçuları hər gün daha da azğınlaşır, hərbi təxribatların miqyasını genişləndirir. Belə olduğu halda suveren ərazilərimizdə fəaliyyət göstərən separatçı və cinayətkar rejimin tam məhv edilərək zərərsizləşdirilməsi şərtdir.”Dəfələrlə bəyan edilib ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri tərksilah edilməli və ərazilərimizdən çıxarılmaldır. Amma son üç ildə Ermənistan nəinki buna əməl edib, əksinə, silahlı terrorçular vasitəsilə Azərbaycana qarşı terror təxribat aktları həyata keçirib. Dinc insanlar, mülki şəxslər terrorun qurbanı olub. Ordumuzun mövqeləri mütəmadi atəş altında saxlanılıb. Ərazilərimiz kütləvi minalanıb”.

Baş verənlər bölgədə sülh və təhlükəsizlik üçün ciddi zərbədir. Təəsüf ki, Cənubi Qafqazda uzunmüddətli sülhə dəstək bəyanatları verən xarici dairələr paralel olaraq Ermənistana dəstək verir. Həmin dairələr anlamalıdır ki, Azərbaycan dövləti heç vaxt ərazilərində separatçı cinayətkar qruplaşmaların mövcudluğu ilə barışmayacaq. Ən başlıcası, baş verən son terror aktları, kütləvi hərbi təxribatlar əsas verir ki, Azərbaycan ordusu hərəkətə keçsin və qısa müddətdə erməni terrorunun kökünü birdəfəlik kəssin”.

 

Hacıəliyeva Zərifə Telman qızı, Bakı Qızlar Universiteti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki