Ermənilər Azərbaycan ordusunun Şuşanı azad etdiyini rəsmən etiraf etdi

Ermənilər Azərbaycan ordusunun Şuşanı azad etdiyini rəsmən etiraf etdibackend

Dağlıq Qarabağın qondarma rejiminin başçısı Araik Arutunyan Şuşanın Azərbaycan ordusu tərəfindən azad edildiyini etiraf edib. 

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Araik Arutunyan qondarma rejimin sabiq “müdafiə naziri” Levon Mnasakanyanla Xankəndidə görüş keçirib.

Görüşdə Xankəndidə döyüşən hərbçilərlə söhbət aparılıb. Görüş zamanı Araik Arutunyan bildirib ki, Azərbaycan Ordusu artıq Şuşa tərəfdən Xankəndiyə hücum edir. Bu açıqlama artıq sübut edir ki, Azərbaycan Ordusu Şuşadadır və düşmənin hərbi hədəflərini məhv edir.

Arutunyanın daha bir etirafı Seyran Ohanyanla bağlıdır. Bir müddət öncə yayılan məlumata görə, Ohanyan Şuşa döyüşlərində ağır yaralanmışdı. Ancaq Ermənistan tərəfi iddia edirdi ki, bu məlumatlar yalandır və Ohanyan döyüşlərə rəhbərlik edir.

Bu gün Araik Arutunyan qeyd edib ki, indiki əməliyyatlara Mnasakanyan rəhbərlik edir. Bu isə onu göstərir ki, Seyran Ohanyan Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki