ERMƏNİLƏR TƏŞVİŞDƏ: “Azərbaycanın qələbə qazanacağı daha bir “kiçik müharibə”nin şahidi olacağıq”

image-f-7backend

108 il əvvəl olduğu kimi, böyük proseslərin baş verəcəyi bir tarixin astanasındayıq. Bunu düşünmək üçün bütün əsaslar var. 108 il əvvəl, 1914-cü il iyunun 28-də Avstriya-Macarıstan taxt-tacının varisi Hersoq Frans Ferdinand və onun həyat yoldaşı hersoginya Sofiya Qoqenberq Sarayevoda serb orta məktəb şagirdi Qavrilo Prinsip tərəfindən öldürüldü. O, Danila İliçin koordinasiya etdiyi altı terrorçu (beş serb və bir bosniyalı) qrupun üzvü idi.

Sui-qəsdin siyasi məqsədi Cənubi Slavyan ərazilərinin Avstriya-Macarıstandan ayrılması və sonradan Böyük Serbiya və Yuqoslaviyaya birləşdirilməsi idi. Qrup üzvləri “Qara əl” adlı Serb terror təşkilatı ilə əlaqə saxlayırdılar. Amma daha önəmlisi odur ki, bu qətl Birinci Dünya Müharibəsinin başlamasına səbəb oldu.

Heç kim son ana qədər müharibənin başlayacağına inanmırdı. Lakin müharibə başladı və heç vaxt sağalmayacaq Avropa fəlakəti ilə yekunlaşdı. Beləliklə, 28 iyun 2022-ci ildəki proseslər tam miqyası ilə Üçüncü Dünya Müharibəsinin başlanmasına rəvac verir. Bu müharibənin nüvə silahına çevrilməsi və planetimizdə yüz milyonlarla insanı məhv etməsi üçün hər cür “şərait” var.

Bu arada Türkiyə Madriddə keçirilən sammitdə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü dəstəkləyib. Tərəflər danışıqlardan sonra birgə bəyanat imzalayıblar. Artıq bu haqda NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatı yayılıb. Alyansa üzv ölkələrin liderləri bu gün İsveç və Finlandiyanı üzvlüyə qəbul edəcəklər.

Qərb liderləri İsveç və Finlandiyanın alyansa daxil olmasını Rusiya prezidenti Vladimir Putinə “mesaj” kimi qəbul edirlər: “Bu, prezident Putinə NATO-nun qapılarının yeni ölkələr üçün açıq qalacağına dair bir siqnaldır”, – Stoltenberq bildirib. Xatırlayırsınızsa ötən ilin dekabrında Putin təhlükəsizlik zəmanəti adı altında alyansın genişlənməsinin dayandırılmasını tələb edirdi: “O, zəif Alyans istəyirdi, lakin indi Putin öz sərhədləri yaxınlığında daha çox üzvü olan NATO ilə qarşılaşacaq”, – Stoltenberq əlavə edib.

Görünən odur ki, NATO bazaları Putinin doğulduğu Sankt-Peterburqa çox yaxınlaşıb. Bu, təkcə Putinin üzünə vurulan sillə deyil. Eyni zamanda NATO Rusiya liderinə cavab verir. Rusiya hadisələrə bir şəkildə reaksiya verməli olacaq. Çünki Rusiyanı açıq şəkildə alçaltmağa çalışırlar. Artıq Norveç Rusiyanın Svalbard adasında yerləşən rus yaşayış məntəqələri üçün malların keçirilməsini nəzərdə tutan Storskoq keçid məntəqəsindən icazə ilə ilə bağlı müraciəti rədd edib.

Bundan əlavə, Kalininqradın blokadasını başa çatdırmaq üçün əməliyyat artıq tam sürətlə davam edir. Rusiya isə haker hücumları istisna olmaqla, başqa cür cavab verə bilmir. Və bütün bunları Putin görür. Deməli böyük proseslər ərəfəsində olduğumuzu düşünməyə əsas var.

Bütün baş verən proseslərdən isə Rusiyanın köləsi olan Ermənistan daha çox narahatdır. İrəvanı təşvişə salan isə Türkiyənin Finlandiya və Danimarkanın Alyansa daxil olmasına razılıq verməsi müqabilində NATO-dan nə alacağı məsələsidir.

Erməni analitik Romella Mnatsakanyanın dili ilə desək, ermənilər  NATO-nun göz yumacağı və Azərbaycanın qələbə qazanacağı daha bir “kiçik müharibənin” şahidi olmaqdan qorxurlar. Analitik hesab edir ki, bu məqamda Rusiya hər şeyi düşünəcək, təkcə Ermənistanı yox: “Əgər Azərbaycan Zəngəzura hücum etsə, Rusiya Ermənistanı qoruya bilməyəcək. Çünki rəsmi Moskvanın başı başqa bir savaşa – III Dünya Müharibəsinə qarışacaq. Hansı ki, 108 il əvvəl Sarayevo sui-qəsdi ilə başlamışdı” – Romella Mnatsakanyan fikirlərini tamamlayıb .

 

KONKRET.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90