“Ermənistan birdəfəlik anlamalıdır ki…” – Hərbi ekspert

image-1707808402_426861863_218_0_1071_853_1920x0_80_0_0_989c5f08b5e67d6d89a7756549263760backend

“Azərbaycan Silahlı Qüvvələri Ermənistanın fevralın 12-də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribatına qətiyyətli qisas əməliyyatı ilə cavab verdi”.

Busaat.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi tam əmin olmalıdır ki, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq:

“Ali Baş Komandan dəfələrlə bunu bəyan edib. Düşmən təxribatları heç bir zaman cavabsız qalmayıb, qalmır və qalmayacaq. Ermənistan Avropa İttifaqı missiyasının da hazırlanmasında iştirak etdiyi təxribatlardan əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələrinin cavabı daha sərt olacaq. Düşmənin təxribat törətdiyi hər bir döyüş mövqeyi darmadağın ediləcək, zərurət yaranarsa, həmin mövqelərdə Azərbaycan əsgəri və bayrağımız yerləşdiriləcək. Hazırda təxribat törədilən düşmən mövqeyi dağıdılıb, fərari ordusunun canlı qüvvəsi itkilərə məruz qalıb”.

Ekspert qeyd edib ki, baş verən bu hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və bu təxribatları təşkil edən Avropa İttifaqının missiyasının tərkibində fəaliyyət göstərənlərin üzərinə düşür: “Baş verən təxribatlara Aİ missiyası reaksiya vermək , təxribatı qınamaq əvəzinə ərazini tərk etməklə işini bitmiş hesab edir. Ermənistan birdəfəlik anlamalıdır ki, heç bir qüvvə onun arxasında dayana bilməyəcək. Nə Ermənistan, nə də onun havadarları öz çirkin niyyətlərini gerçəkləşdirə bilməyəcəklər. Buna görə də Paşinyan siyasi avantüralardan əl çəkməlidir. Əks halda Ermənistan daha ağrılı, acılı nəticələr əldə edəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki