Ermənistan-İran “qardaşlığının” PƏRDƏARXASI: “Ermənistanın məqsədi İranı…” – ŞƏRH

image-armenia-iran-1280x720backend

“Ermənistan bölgədə digər ölkələrə qarşı istifadə olunmaq üçün yaradılan forpost subyekt və layihədir”.

Bunu Ermənistan-İran “qardaş”lığında Ermənistanın güddüyü məqsəddən danışan politoloq Vüqar Əhmədov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, İrana dronların Ermənistandan atılması mümkündür:

image-89819788-1

“Bu gün Ermənistanda olan Sorosçu hakimiyyətin Qərbin bütün tapşırıqlarını yerinə yetirdiyini unutmaq olmaz. Ermənistan bölgədə digər ölkələrə qarşı istifadə olunmaq üçün yaradılan forpost subyekt və layihədir. İllərdir Rusiya Ermənistandan bölgədə digər dövlətlərə və Türk dünyasına qarşı istifadə edib. Qərbin Ermənistandan, Paşinyan hakimiyyətindən Rusiyaya və İrana qarşı istifadə etdiyini istisna etmək olmaz. Bu gün Qərbin əsas hədəfinin Rusiya və İran olduğu sirr deyil. Qərb dövlətləri Rusiya və İranı sıradan çıxarmağa çalışır. Ermənistanda hakimiyyətdə oturan Soros layihəsi olan Paşınyan indi bu missiyanı canla başla yerinə yetirir”.

Politoloq Azərbaycan və Ermənistanın xarici siyasətindəki fərqliliyi diqqətə çatdırıb: “Ermənistanın İranla yaxınlaşmasının pərdəarxası əsas məqsədi də elə İrana arxadan zərbə vurmaqdır. Lakin İran bunu deyəsən yaxşı dərk etmir. Azərbaycan illərdir Qərbin bütün cəhdlərinə baxmayaraq, öz ərazisindən İrana qarşı hər hansı addımların atılmasına razılıq verməyib. Çünki Azərbaycanın siyasəti hər zaman qonşularla qarşılıqlı hörmət əsasında münasibət qurmağa yönəlib. Azərbaycan kiminsə marağı üçün öz ərazisindən üçüncü ölkənin ərazisinə qarşı istifadəyə yol verməyib, verməyəcək”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki