
Ermənistan KTMT-dən çıxmayıb- Peskov

Ermənistan indiyədək KTMT-dən çıxmaq niyyətini açıqlamayıb. Busaat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Jurnalist Peskovdan Moskvanın Ermənistanın KTMT - dəki fəaliyyətinin bərpasına ümid edib - etmədiyini və Rusiya lazım olan qədər bunu gözləməyə hazır olub - olmadığını soruşub .
“KTMT öz effektivliyini və aktuallığını sübut etmiş müstəqil, yetkin təşkilatdır. Orada işlər davam edir. İndiyədək Ermənistan bu təşkilatdan çıxmaq niyyətini açıqlamayıb”, - deyə Peskov cavab verib.























