Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 333 $▼0.54%
  • Ethereum2 331 $▼1.02%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Hərbi

“Ermənistan müharibəyə hazırlaşır, sentyabrda...” - Şok açıqlama

Ermənistanda ehtiyatda olan hərbi vəzifəlilər növbəti toplanışa çağırılıb. Bu barədə Ermənistan hökuməti qərar verib. Bildirilib ki, əsas məqsəd onların döyüş hazırlığının, eləcə də hərbi bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
Məlumata görə, toplanış 15 sentyabrdan 15 dekabra qədər, yəni 3 ay davam edəcək. Təlimlər ABŞ ordusu ilə paralel aparılıacaq.
Bəs Ermənistanın belə uzunmüddətli təlimlər keçirməkdə məqsədi nədir? Bunu rəsmi İrəvanın növbəti müharibə hazırlığı kimi qiymətləndirə bilərikmi? aptek depo
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan sentyabrda ciddi təxribatlar törədə bilər:
“Ermənistan ilk dəfə deyil ki, belə təlimləri keçirir. Sadəcə, maraqlı olan odur ki, keçirilən bu təlimlərin müddəti kifayət qədər uzadılıb. Sentyabrın 15-dən, dekabrın 15-ə qədər davam edəcək təlimlər, Ermənistanın Azərbaycanla şərti sərhəddə kifayət qədər intensiv şəkildə təxribatlara yol verdiyi bir zamanda başlayıb. Böyük ehtimalla Ermənistan hər il sentyabr ayında Azərbaycanla vəziyyətin gərginləşməsinə hazırlıq proseslərinə başlayır”.
Ekspert təxribatların baş verəcəyi təqdirdə, yeni müharibənin qaçılmaz olduğunu qeyd edib:
“Digər tərəfdən, bu təlimlər ABŞ ilə Ermənistan müdafiə nazirlikləri arasında baş tutan məsləhətləşmələr fonunda keçiriləcək. İstənilən halda Ermənistanın silahlanması, ABŞ ilə əməkdaşlığın gücləndirilməsi, Fransa və Hindistandan hücum silahları tədarük etməsi onun növbəti təxribat və müharibə hazırlıqlarından xəbər verir. İndi bu hazırlıqlara əlavə olaraq, 3 aylıq hərbi təlim və toplanışları da əlavə etsək, biz əminliklə deyə bilərik ki, Ermənistan sentyabr-oktyabr aylarında irimiqyaslı təxribatlar törədə bilər. Bu təxribatlar hətta genişlənərək eskalasiya və müharibəyə də gətirib çıxara bilər”.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul