Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 918 $▲0.18%
  • Ethereum2 365 $▲0.41%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Dünya

Ermənistan müxalifəti Paşinyanı devirə bilməyəcək – Erməni xalqı imtina etdi

image-pasinyan

Ermənistandakı müxalifət kütləvi vətəndaş itaətsizliyi aksiyalarına başlayacağına söz verib və bu, mərkəzləşdirilməmiş xarakter daşıyacaq. Polis, artıq hökumətin vəd etdiyi kimi, kütləyə qarşı sərt davranmaq niyyətində olduğunu göstərib.

Busaat.az xəbər verir ki, “Sputnik Ermənistan” mövcud daxili siyasi vəziyyətdən hansı çıxış yolu gördüklərini və müxalifətin hərəkətlərini necə qiymətləndirdiklərini öyrənmək üçün İrəvan sakinləri arasında təsadüfi sorğu keçirib.

Bir çox cavabda respondentlərin həm iqtidara, həm də müxalifətə inamsızlığı və şübhəsi ortaya çıxıb. Respondentlər, demək olar ki, yekdilliklə cəmiyyətdə hökm sürən mənfi hissləri ifadə edib.

Xalqın mövqeyindən belə bəlli olur ki, müxalifətin siyasi oyunlarına alət olmaq istəmir. Müxalifət isə xalqın dəstəyi olmadan hökuməti devirə bilməyəcək.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Bir sıra müxalifət qüvvələri hökumət başçısı vəzifəsinə Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyanın namizədliyini irəli sürüb. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir.

Öz növbəsində, hökumət ilin sonunda Nazirlər Kabinetinin istefasını gözləmədən bu il növbədənkənar parlament seçkilərinin təşkili təklifi ilə çıxış edib. Müxalifət qüvvələri onların nəticələri saxtalaşdıracağına inanaraq bu seçimlə razılaşmayıb. Nəticədə Paşinyanın komandası erkən seçki fikrindən imtina edib.

Publika.az

https://youtu.be/laBbPxObS0I

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul