Ermənistan parlamenti sədri Gürcüstana rəsmi səfər edib

image-105backend

Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyəti Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin dəvəti ilə iki günlük rəsmi səfərlə Gürcüstandadır.

Busaat.az xəbər verir ki, səfər Ermənistanın Gürcüstandakı səfirliyi tərəfindən iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlə başlayıb.

Tədbirə Gürcüstan parlamentinin sədri və digər rəsmi şəxslər də dəvət olunub.

Ermənistan parlamentinin spikeri Alen Simonyan açılış nitqi ilə çıxış edib:

“Qardaş Gürcüstana rəsmi səfərim zamanı belə yaddaqalan tədbirdə iştirak etməkdən şadam. Mən şadam ki, mənim yaxşı dostum və tərəfdaşım Şalva da buradadır. Bu il Ermənistan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur, lakin erməni-gürcü birgə keçmiş yolu, tarixi əlaqələri və ənənələri minilliklərə malikdir. Son otuz ildə dövlətlərarası əlaqələrdə böyük nailiyyətlər qeydə alınıb, lakin iki xalqın zəngin mədəni əlaqələrinin qoyduğu iz böyükdür və ölçülə bilməz”.

Gürcüstan parlamentinin sədri çıxış edərək Ermənistan-Gürcüstan diplomatik əlaqələrinin 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb və bu 30 ilin hər dəqiqə və saniyəsinin iki xalq arasında əlaqələri daha da intensivləşdirdiyini, diplomatik münasibətləri daha da möhkəm təməllərlə bərkitdiyini bildirib.

Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyan iki xalq arasında sıx əlaqələrə və dinamik inkişaf edən dövlətlərarası münasibətlərə toxunub.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90