Ermənistan Qərblə Rusiya arasında var-gəl edir: İrəvanın Moskvaya arxa çevirməsi…

image-1backend

“Ermənistan 2020-ci ildən bu yana bir neçə dəfə Qərblə Rusiya arasında get-gəl edib. İrəvan hökuməti bir müddət Qərbdə, bir müddət də Rusiyada min cür oyunlardan çıxıb”.

Bu barədə Busaat.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq nazir qeyd edib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü zamanı Nikol Paşinyan Moskvaya uçmuşdu:

“Baş nazir Nikol Paşinyan Rusiyada olarkən Moskva platformasının Ermənistanı qane etdiyini söyləmişdi. Bənzər hadisələr dəfələrlə yaşanıb. Məsələ ondadır ki, Paşinyan-Kreml əlaqələri əslində çox genişdir. Tərəflərin ara-sıra bir-birini ittiham etməsi qeyri-səmimidir və həqiqi görüntü deyil. Az qala hər gün Rusiyanın Ermənistandan, yaxud əksinə İrəvanın Moskvadan üz döndərməsi ilə bağlı xəbərlər tirajlanır. Ancaq ortada real nəticə yoxdur. “Rus qoşunları Ermənistanı tərk edir”, “Əsgərlər Zvartnots hava limanından gedir” deyirlər, yenə heç nə baş vermir. Hərbi bazalar da yerindədir, heç bir dəyişiklik yoxdur. Gümrüdəki rus hərbi bazasının 2049-cu ilədək Ermənistanda qalması ilə bağlı tərəflər arasında müqavilə var”.

Tofiq Zülfüqarov: Ermənistan kənar güclərin oyuncağı rolunda oynamaqda davam etməkdədir

Keçmiş xarici işlər nazirinin sözlərinə görə, sadəcə görüntü yaradırlar ki, guya Ermənistan Rusiyaya arxa çevirib, Moskvadan uzaqlaşıb:

“Ermənistanın Qərbə yaxınlığı bir məqsədə xidmət edir. Çalışırlar ki, onlardan nəsə qopartsınlar, maliyyə yardımları alsınlar. Ona görə də Ermənistanın Fransadan, Hindistandan silah-sursat alması, hərbi texnika daşıması Rusiyanı ciddi narahat etmir”.

“Bizə göstərilənləri tam həqiqət kimi qəbul etməməliyik. Əfsuslar ki, Ermənistan kənar güclərin oyuncağı rolunda oynamaqda davam etməkdədir”, – deyə Tofiq Zülfüqarov qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki