Ermənistan xarici işlər naziri britaniyalı nazir ilə telefon danışığı aparıb

image-mirzoyanbackend

Yanvarın 18-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Doçerti ilə telefon danışığı aparıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Ermənistanın xarici işlər naziri Mirzoyan həmsöhbətinə “Azərbaycanın Laçın yolunu blokadaya alması” nəticəsində Qarabağda yaranmış ağır humanitar vəziyyət barədə məlumat verib.

Ararat Mirzoyan Qarabağın qanunsuz “blokadasının” dayandırılması və Qarabağ ermənilərinə qarşı “etnik təmizləmə”nin qarşısının alınması üçün beynəlxalq tərəfdaşların aydın bəyanatlarının və səmərəli addımlarının vacibliyini vurğulayıb. Bununla bağlı ötən gün ATƏT Daimi Şurasının sessiyasında Böyük Britaniyanın daimi nümayəndəsinin səsləndirdiyi mövqenin əhəmiyyəti vurğulanıb.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi də müzakirə olunub. Ermənistanın xarici işlər naziri qeyd edib ki, Ermənistan tərəfi bir daha konstruktiv yanaşma nümayiş etdirərək, sülh müqaviləsi ilə bağlı təkliflərini Azərbaycana verib və hazırda cavab gözləyir.

Telefon danışığı zamanı Ermənistan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi perspektivlərinə də toxunulub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki