Ermənistan xarici işlər naziri Lavrova “ağ yalan” danışdı
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Moskvadadır.
O, yenidən Rusiyanın XİN başçısı Sergey Lavrov ilə görüşmək üçün Rusiya paytaxtına gedib.
Görüşün jurnalistlər üçün açıq hissəsi başa çatıb. “Türkiyə Qarabağa yaraqlılar göndərməyə davam edir. Ümid edirəm ki, bunu nəzərə alarsınız. Atəşkəsə sizin və Rusiya prezidenti Vladimir Putinin sayəsində nail olduq. Məlumat aldım ki, Bakı atəşkəs rejiminə riayət etmir. Azərbaycanın zərbələri nəticəsində 6 min mülki obyekt məhv olub. Bu, hərbi cinayətdir. Dağlıq Qarabağ münaqişəsi bölgəsində atəşkəs rejiminə riayəti təmin etmək üçün verifikasiya mexanizmlərinə zərurət var”, – Z.Mnasakanyan deyib.
Loading...