Son vaxtlar baş verən hadisələr ona dəlalət edir ki, Ermənistan tərəfindən yenə də nəyinsə törədilə biləcəyi hər zaman baş verə bilər.
Busaat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qənamənin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxartmalıdır”, – PA rəsmisi qeyd edib.