Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq, xüsusilə Orta Dəhlizin inkişafı məsələləri müzakirə edilib.
Busaat.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “X” hesabında bildirib.
Nazir qeyd edib ki, bu mövzu ölkəmizdə səfərdə olan Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupmanla görüş zamanı müzakirə predmeti olub.