“Emənistan silahlı qüvvələri Kəlbəcər və Tovuzdakı təxribatlardan sonra sərhədin Laçın istiqamətində də piltosuz uçuş aparatı vasitəsi ilə hərbi hərəkətlilik nümayiş etdirdi”.
Bunu Busaat.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Ekspert bildirib ki, Azərbaycan Ermənistanın konstitusiyasının dəyişikliyinin vacib olduğunu önə çəkir.
Onun fikrincə, Ermənistanda konstitusiya dəyişikliyi baş vermədiyi müddətcə İrəvan atdığı hər hansı hüquqi şərhini verərkən ona haqq qazandırmağa çalışacaq. Müsahibimiz deyib ki, ancaq konstitusiya dəyişikliyi baş verərsə, Azərbaycana qarşı ərazi iddiaları da aradan qalxacaq:
“Bununla da İrəvan hansısa barmaq yeri tapmayacaq ki, Azərbaycana qarşı hərəkətlərinin hüquqi izahını göstərsin. Ona görə də Ermənistanda konstitusiyanın müddəaları sülhə yeganə maneə kimi qiymətləndirilə biləcək bir sənəddir”.
Aqşin Kərimov: Ermənistanda konstitusiya dəyişikliyi baş verərsə, Azərbaycana qarşı ərazi iddiaları da aradan qalxacaq
A.Kərimov qeyd edib ki, Azərbaycan tezliklə Ermənistanın şərti sərhədlərdəki təxribatlarına təmkin və səbr nümayiş etdirir:
“Lakin bu səbrin sonu da ola bilər. Ermənistan əgər təxrbatlarına Qərbin ona verdiyi dəstəklər fonunda davam edərsə, Bakı Ermənistanın taktiki və strateji dərinliklərində əməliyyatlar aparmaq hüququnu da özündə saxlayır. Bu da Ermənistan konstitusiyasında dəyişikliyin məcburi güc senarisi ilə reallaşa biləcəyindən xəbər verir”.