Məzmuna keç
  • Azeri Light127.00 $▲0.32%
  • Brent neft110.80 $▲1.17%
  • WTI neft101.72 $▲0.75%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)2.992 $▲0.23%
  • Qızıl4 010 $▼0.28%
  • Gümüş53.50 $▼1.24%
  • Pambıq79.56 ¢▼0.87%
  • Buğda620.50 ¢▼0.40%
  • Bitcoin79 586 $▼0.57%
  • Ethereum2 301 $▼1.13%
  • S&P 5007 661▲0.50%
17°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Siyasət

“Ermənistandan ermənilər Qarabağa gələ bilməyəcəklər” – Sinanyandan erməniləri şoka salan açıqlama

image-yyy
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 

“Ermənistan Rusiya ilə əcnəbilərin Dağlıq Qarabağ ərazisinə girişi rejiminin təşkilini müzakirə edir”.

Bunu Ermənistanın diaspor məsələləri üzrə səlahiyyətli nümayəndəsi Zare Sinanyan deyib.

Sinanyan bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşdə müzakirə etdiyini söyləyib:

“Rusiya və ya Ermənistan vətəndaşlığı olmayan insanlar bununla əlaqədar problem yaşamağa başlayıblar. Nəhəng bir diasporumuz var, yayda Ermənistana gəlməyə öyrəşiblər, onlar da Dağlıq Qarabağı ziyarət etməyi sevirlər və qarşıdakı yayda belə bir vəziyyət ola bilər ki, bir çox insan Dağlıq Qarabağa getmək istəsə də, yeni rejimə görə bunu edə bilməyəcəklər”.

Onun sözlərinə görə, söhbət Xankəndi, Xocavənd və ya Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən gedir.

“İndi yeni rejim elədir ki, Ermənistandan Dağlıq Qarabağa getmədən yeddi gün əvvəl bir ərizə təqdim etməli, siyahı rus sülhməramlılarına verilməli və sonra kimin gələ biləcəyinə qərar verilməlidir. Bir sözlə Ermənistandan ermənilər Qarabağa gələ bilməyəcəklər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=38721