Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 350 $▼0.89%
  • Ethereum2 340 $▼1.87%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Siyasət

Ermənistanın baş naziri: Rusiya Qarabağın təhlükəsizliyinin təminatçısıdır

image-putin_pasinyan

Qarabağın təhlükəsizliyinin təminatçısı Rusiya Federasiyasıdır və o, bu rolu yerinə yetirməlidir.

Busaat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

Bölgədə mümkün gərginliyin artacağı təqdirdə Ermənistanın qarabağın təhlükəsizliyini təmin edib-etməməsi və Ermənistanın Qarabağın təhlükəsizliyinin təminatçısı olaraq qalması sualına Paşinyan belə cavab verib: “Mən niyə 9 noyabr üçtərəfli bəyanatını imzaladım? Anlayırdım ki, belə vəziyyətdə Ermənistan Qarabağın təhlükəsizliyinin tam təminatçısı ola bilməz, ona görə də Qarabağın təhlükəsizliyini təmin edən sistem yaratmaq lazım idi”.

“Üçtərəfli bəyanata və Rusiya prezidentinə Qarabağa qoşun yeritməyə icazə verən Rusiya Federal Şurasının sonrakı qərarına əsasən, bütün bunlar qeyd olunub ki, Rusiya Qarabağın təhlükəsizliyinin təminatçısıdır. Ona görə yox ki, Ermənistan bundan imtina edir, lakin təəssüf ki, 2020-ci ildə, 44 günlük müharibədə məğlubiyyətə uğradığı üçün Ermənistan bu funksiyanı tam yerinə yetirə bilmir. Ona görə də bütün bu arqumentləri bir araya gətirərək qeyd etmək lazımdır ki, Qarabağın təhlükəsizliyinin təminatçısı Rusiya Federasiyasıdır”, – Paşinyan qeyd edib.

“Digər tərəfdən, Qarabağda Azərbaycanın Ermənistanın ordusu kimi təqdim etməyə çalışdığı müdafiə ordusu var. Ermənistanın Qarabağda ordusu yoxdur”, – erməni lider əlavə edib.

“Qarabağ erməniləri üçün aşkar soyqırım və etnik təmizləmə təhlükəsi olmasa, Qarabağın heç olmasa bu miqyasda “ordu” saxlamasına ehtiyac qalmayacaq. Bu ordunu saxlamaq üçün milyardlarla ABŞ dolları xərclənir. “Qarabağ Müdafiə Ordusu”nun mövcudluğu Azərbaycanı “erməni” soyqırımına və “etnik təmizləmə”yə hazırlaşmasının ən böyük sübutudur”, – Ermənistanın baş naziri deyib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul