Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 656 $▼0.52%
  • Ethereum2 375 $▼0.41%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Analitika

“Ermənistanın əsas niyyəti budur” - ŞƏRH

image-5f8e34fda976b068cc3bd509238ce376

“Ermənistan sadəcə olaraq özünü sülhyönümlü siyasət aparan ölkə kimi tanıtmağa çalışır. Əsas niyyəti isə sülh prosesini uzatmaq, özünə arxa-dayaq yığaraq maraqları uğrunda mübarizə aparmaqdır”.

Bunu Ermənistan Baş naziri Paşinyanın delimitasiya məsələsinə razı olması ilə bağlı bəyanatını şərh edən politoloq Aydın Quliyev Busaat.az-a açıqlamasında deyib.

 

O bildirib ki, Ermənistan 10 Noyabr bəyannaməsini imzalasa və sözdə sülhsevər mövqe ortaya qoysa da, əməldə pozucu işlər görüb:

image-073b00ab159496759450183167910183392

“Əgər belə olmasa idi müharibənin üzərindən iki il yarım keçməsinə baxmayaraq çox az da olsa sülh yönündə uğurlu addım atılardı. Ermənistan sadəcə olaraq özünü sülhyönümlü siyasət aparan ölkə kimi tanıtmağa çalışır. Əsas niyyəti isə sülh prosesini uzatmaq, özünə arxa-dayaq yığaraq maraqları uğrunda mübarizə aparmaqdır. Lakin Azərbaycanın da boş durmadığını bilməlidir”.

“Delimitasiya məsələsinə gəldikdə Ermənistan hər zaman hazır olduğunu, icra etməyə gəldikdə isə qəbulolunmaz tələblərlə pozuculuq fəaliyyətini davam etdirir. Keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi qəbul edilməmək şərtilə ərazi bütövlüyümüzün tanınması ilə bağlı şərtlər irəli sürürlər. Bu şərt sülh sazişinin pozulmasına hesablanb”, – politoloq qeyd edib.

Ələsgər / Busaat.az

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul