Ermənistanla birgə silah istehsalı mümkündür – Hindistanın keçmiş səfiri

image-kapak_121639backend

Hindistanın Ermənistandakı keçmiş səfiri Reena Pandey Ermənistanın Hindistandan silah və sursat alması ilə bağlı xəbərlərə münasibət bildirib.

Busaat.az xəbər verir ki, keçmiş səfir iki ölkə arasında birgə istehsalın mümkünlüyünə də diqqət çəkib.

“Bütün ölkələrin müdafiə müqavilələri var. Bizim Ermənistanda silahlarımızın olması və silah istehsalında birgə əməkdaşlıq edə bilməmiz çox yaxşı olar. Sizin müdafiə sahəsində bir az təcrübəniz var, bizim də var, ona görə də eyni təcrübələri paylaşırıq” – deyə, xanım Pandey qeyd edib.

Keçmiş səfir müdafiə sahəsində əməkdaşlıqla bağlı suala cavab olaraq bildirib ki, bu məsələlər ətrafında Ermənistan və Hindistan hərbi rəsmiləri üçün treninqlər keçirməklə məşğul olmaq yaxşıdır.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90