Türkiyədə eskalator qəfil dayanıb.
Busaat.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Diyarbəkirdə yaxınlarını qarşılamaq üçün hava limanına gələn insanların sıxlığı səbəbindən ağır yükə tab gətirə bilməyən eskalator qəfil dayanıb.
Belə ki, pilləkənlər dayandığından insanlar bir-birinin üstünə düşüb.
Hadisə zamanı biri hamilə olmaqla 3 nəfərin yüngül xəsarət aldığı bildirilib.