Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 734 $▼0.42%
  • Ethereum2 377 $▼0.33%
  • S&P 5007 624▼0.52%
19°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Elm ve tehsil

Eşqi Bağırovun işdən çıxarılması xəbəri YAYILDI

image-photo_299085

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi bildirilir.

Busaat.az modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ETN daxilindəki mənbələr bildirib.

İddialara görə, o, faktiki olaraq vəzifəsindən azad edilib, lakin hələlik rəsmi məlumat açıqlanmır.

MÜTDA-nın mətbuat xidmətinin rəhbəri Zemfira Sevdimalıyeva qeyd edib ki, müraciətə baxılıb və dəqiqləşdirəndən sonra cavab veriləcək.

Bu qeyri-müəyyənlik təbii ki, müxtəlif ehtimalları gücləndirir. Dövlət orqanlarında belə səviyyəli kadr dəyişikliyi haqda xəbərlər yayıldıqda onların tezliklə rəsmi şəkildə təsdiqlənməsi və ya təkzibi gözlənilir.

Bu dəfə məsələ nə təkzib, nə də təsdiq edildi. Bu, ictimaiyyət üçün sual doğurur, əgər Eşqi Bağırov hələ də vəzifəsindədirsə, niyə bu barədə açıq bəyanat verilmir? Əgər deyilsə, niyə rəsmi qərar gizli saxlanılır?
Yəqin ki, müvafiq qurumlar məsələyə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, son iki həftə ərzində Elm və Təhsil Nazirliyində bu, artıq üçüncü böyük kadr dəyişikliyidir. Belə ki, oktyabrın əvvəlində Elm və Təhsil Nazirliyinə tabe olan iki qurumunun rəhbəri öz ərizəsi ilə işdən çıxıblar. Təhsilin İnkişaf Fondunun sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduqları vəzifədən azad edilib.

Belə qısa müddətdə ardıcıl böyük üç dəyişiklik, təsadüfən baş vermiş proses təsiri bağışlamır. Bu, nazirliyin daxilində gərginliyə işarə edə bilər.

Hazırkı mənzərədən görünən odur ki, Elm və Təhsil Nazirliyi daxilində müəyyən dəyişiklik prosesi gedir. Lakin bu prosesin məqsədyönlü islahat olub-olmaması hələlik aydın deyil. Əgər məqsəd sistemin yenilənməsi və effektiv idarəetməyə keçiddirsə, bu, təqdirəlayiq haldır. Amma dəyişikliklər şəffaf aparılmırsa və səbəblər izah olunmursa, bu, etimad böhranına gətirib çıxara bilər.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul