Əsrin ən çox çempion olan komandaları

image-142307backend

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 21-ci əsrdə yerli liqada ən çox çempion olan komandanın adını açıqlayıb.

Busaat.az qurumun saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Moldova “Şerif”i qərarlaşıb. Tiraspol təmsilçisi 21-ci əsrdə 18 dəfə ölkə çempionu olub.

Cəbəllütariqin “Linkoln Red”, Hondurasın “Olimpiya” və Nikaraquanın “Real Esteli” klubu 17 dəfə ölkə çempionu olaraq siyahıda 2-4-cü pillələri bölüşdürürlər.

5-ci yerdə isə Yunanıstan “Olimpiakos”u (16 ölkə çempionluğu) qərarlaşıb.

Qeyd edək ki, dünyanın ən böyük beş liqasından təkcə Almaniya “Bavariya”sı (14 ölkə çempionluğu) “TOP-15″də yer alıb.

Əlavə edək ki, araşdırma əsrin 10 və daha çox sayda çempion olan komandalarını əhatə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90