Estoniya – Azərbaycan oyunuöncəsi mətbuat konfranslarının vaxtı açıqlanıb

image-azerbaycan-millijpg-1728367074backend

UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Estoniya – Azərbaycan oyunundan öncə təşkil olunacaq açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib.

Busaat.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 10-da, yerli vaxtla saat 17:15-də baş məşqçi Fernandu Santuşun mətbuat konfransı gerçəkləşəcək.

Saat 18:00-da isə yığmanın açıq məşqçi baş tutacaq. Rəqibin baş məşqçisinin mətbuat konfransı 10:45-də, açıq məşqi isə 11:15-də olacaq.

Qeyd edək ki, Estoniya – Azərbaycan matçı oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da Tallin şəhərindəki “Lilekulla” stadionunda keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki