“Eurovision”da bayrağımıza hörmətsizlik edən xarici rəqqas üzr istədi
“Eurovision” musiqi yarışmasının yarımfinalında diqqətsizlikdən bayrağımıza hörmətsizlik edən xarici rəqqas Azərbaycan ictimaiyyətindən üzr istəyib.
Busaat.az xəbər verir ki, bu haqda İctimai Televiziyada məlumat verilib.
İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişinin aparıcısı Azər Aydəmir bu haqda canlı yayımda deyib:
“Xarici rəqqas “Eurovision”un yarımfinalında yaşanan bayraq qalmaqalına görə Azərbaycan ictimaiyyətindən üzr istəyib”.





