Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 167 $▼4.49%
  • Ethereum1 922 $▼4.72%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Hadisə

Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi

image-arrestofwomeninindiaprocedureandrights_7965357257
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şəki şəhərində yaşadığı mənzili əxlaqsızlıq yuvasına çevirmiş qadın cinayət məsuliyyətinə cəlb edilib.

Busaat.az xəbər verir ki, Şəki Şəhər Məhkəməsinin hökmü ilə şəhər sakini 1969-cu il təvəllüdlü Dilbər Yusifova (şərti ad-soyadlı) 1 il 6 ay müddətə həbs edilib. O, məhkəmə zalındaca tutularaq cəzasını çəkəcəyi müəssisəyə göndərilib.

Bildirilib ki, D.Yusifova pul qarşılığında müxtəlif şəxslərlə görüşən həmcinslərinə öz evində şərait yaradıb və əldə edilən pulun yarısını özünə götürüb. Onun əxlaqsızlıq yuvası yaratmaqla yanaşı, bir neçə qadını fahişəliyə cəlb etməsi də müəyyən edilib.

İstintaq zamanı ifadə verən şəxslər bildiriblər ki, D.Yusifovanın evinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsini xeyli insan bilib və orada mütəmadi görüşlər təşkil edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 243 və 244-cü (Fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvası saxlama) maddələri ilə cinayət işi açılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=152778