Eyyub Yaqubov: “Televiziya verilişlərinin 95 faizi yaxşı deyil”

Eyyub Yaqubov: “Televiziya verilişlərinin 95 faizi yaxşı deyil”backend

“Televiziya verilişlərinin 95 faizi yaxşı deyil”.

Bunu Oxu.Az-a Xalq artisti Eyyub Yaqubov deyib.

Sənətçi televiziya proqramlarında az görünməsini belə izah edib:

“Verilişin aparıcısından çox şey asılıdır. Proqrama qatılanda şərtlərim o olur ki, sakitlik olsun, mahnılarımı səsləndirə bilim, qarışıqlıq olmasın. Verilişlərə çıxıb təkrarlanmaq istəmirəm”.

E.Yaqubov bir çox sənətçilərin bayağılıqda günahlandırdığı Damla və Şəbnəm Tovuzlunu dinləmədiyini bildirsə də, onlara “məhkəmə” qurmağa da tələsmədi:

“Həmin müğənnilərin də öz yeri var. Yalandan niyə deyim ki, onlara qulaq asıram. Daha çox klassik musiqiləri – Hacıbaba Hüseynovu, Əlibaba Məmmədovu, Rüfət Mehdiyevi, müasir estradadan isə Brilliant Dadaşovanı, İlqar Muradovu, Aygün Kazımovanı, Zülfiyyə Xanbabayevanı, Röya Ayxanı dinləyirəm”.

E.Yaqubov yeni layihələrindən də danışıb. Xalq artisti Flora Kərimova ilə duet oxuduğunu da diqqətə çatdırıb:

“Tamam başqa mərhələyə keçirəm. Maraqlı layihələr var. Simfo, caz, muğam qarışığında bir layihə təqdim edəcəyəm. Bir neçə gün öncə Xalq artisti Flora Kərimova ilə bir filmin “soundtrack”i üçün gözəl duet yazdırdıq. Sözləri isə şairimiz Ramiz Rövşənə aiddir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90