“Facebook”un çökmə səbəbi açıqlandı – Silahlı şiə qruplaşmasının işi imiş

image-65e760d8bf18d65e760d8bf18e170966242465e760d8bf18b65e760d8bf18cbackend

Sosial şəbəkələr – “Facebook” və “Instagram”dakı problem Qırmızı dənizdə kabellərin zədələnməsi səbəbindən baş verib.

Busaat.az xəbər verir ki, bu barədə Honq-Konq provayderi “HGC Global Communications Limited” məlumat yayıb.

Bildirlib ki, Qırmızı dənizdə kabellərə hücum Yəmənin husi quruplaşması tərəfindən törədilib.

Qeyd olunub ki, həmin kabellər qlobal trafikin 25 faizini təşkil edir.

Artıq hücumun nəticələri aradan qaldırılır.

Bəzi proqnozlara görə, kabellər yalnız 8 həftədən sonra tam bərpa olunacaq.

Məlumat üçün bildirək ki, Husilər Yəmənin şiə müsəlman azlığı olan Zaidilərdən təşkil olunmuş silahlı və siyasi qruplaşmadır. Silahlı birlik adını hərəkatın banisi Hüseyn əl Husinin adından götürüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki