Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.06 $▲0.69%
  • WTI neft86.44 $▲0.90%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.294 $▲2.52%
  • Qızıl4 041 $▼2.05%
  • Gümüş51.53 $▼3.22%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 610 $▼2.19%
  • Ethereum2 051 $▼3.83%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Festival deyildi, “möhtəşəm” biabırçılıq idi — Telli Pənahqızı

image-yenigundem_74ad32b43570436f1c4869f2ea1e2eab_gkxpobi6j84wh29remt0-620x459
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Kaş ki, bütün gecəni yuxusuz qalıb bu boyda əziyyətlə o yolu getməyəydim. Dağlara- festivalın keçırildiyi məkana qədər uzanan o tozlu-torpaqlı yoldakı tıxacı görməyəydim, yuxarıda baş verən hərc-mərcliyin şahidi olmayaydım. Aylardan bəri çəkilən zəhmətin bu “möhtəşəm” biabırçılığın şahidi olmayaydım”.

Busaat.az xəbər verir ki, bunu telejurnalist Telli Pənahqızı deyib:

“Bilmədim bu festival idi, yoxsa … Sonra nə istəsəniz yaza bilərsiz…

Gədəbəydə keçirilən festivalda iştirak etməmişdim.

Ancaq haqqında maraqlı və könülaçan rəylər yazmışdı həmkarlarım.

Hacıkənddə keçirilən 2- ci Yaylaq festivalına da elə bu təəssüratlara güvənərək yola çıxmışdım. Üstəlik də, özümlə bərabər Qərbi Azərbaycan İcmasının üzvlərindən bir neçə xanımı da həvəsləndirib aparmışdım.

Bir tərəfdən də, ağlımda uzun illər boyu qardaş Türkiyənin Bayburt şəhərində keçirilən Dədə Qorqud şölənlərinin, Yaylaq bayramının unudulmaz xatirələri, epizodları vardı.

Amma və lakin…

Bu festival deyildi…

Minlərlə insanın əsəbini korlayan, həyatını təhlükə altında qoyan, yağışlı havada, tufanlı gecədə onları təbiətin şıltaqlığı ilə üzbəüz qoyan, uşaqları, körpələri dağın başında, yağışın altında taleyin ixtiyarına buraxan təşkilatçıların yarıtmaz işi barədə daha geniş bir yazı olacaq.”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82642