Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼0.95%
  • Təbii qaz (ABŞ)2.998 $▲3.56%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 768 $▲0.02%
  • Ethereum2 234 $▼0.13%
  • S&P 5007 377▲0.27%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
İdman

Firdovsi Umudov federasiyanın iclaslarına niyə dəvət edilmir?

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin rəhbərliyi ilə iclas keçirilib. Busaat.az xəbər verir ki, iclasda yığma komandaların baş məşqçiləri iştirak edib və qarşıdakı planlar müzakirə edilib.

Maraqlıdır ki, federasiya rəhbərliyi həmin iclasa qurumun vitse-prezidenti Firdovsi Umudovu yenə dəvət etməyib.

Artıq ikinci dəfə bu cür hadisə baş verir. Belə ki, bir müddət öncə milli komandaya baş məşqçi təyin olunması ilə bağlı baş tutan təqdimat toplantısına da F.Umudov dəvət olunmamışdı.

Daha ətraflı

Hər iki toplantıda həm federasiyanın rəhbəri, həm baş katib, həm də qrumun digər məsul şəxsləri iştirak ediblər.

Azərbaycan güləş yığmasında kifayət qədər uğurlar qazanan mütəxəssis və hazırda güləş federasiyasında vitse-prezident olan Umudovun tədbirə dəvət almaması suallar ortaya çıxarıb.

Azərbaycan Güləş Federasiyası məsələ ilə bağlı belə açıqlama verib: “Bu iclasda vitse-prezidentlərin iştirakı nəzərdə tutulmamışdı. Sadəcə həmin vaxt digər vitse-prezident Elçin Cəfərov federasiyada olduğu üçün tədbirə qatıldı”.

Firdovsi Umudov məsələ barədə heç bir açıqlama vermək istəmədiyini, iclasdan xəbərsiz olduğunu və gələcəkdə bu haqda geniş danışacağını bildirdi: “Mənə bu tədbirlər barədə heç bir məlumat verilməyib”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=29284