“Fransa Qarabağda sülhməramlı obrazı yaratmağa çalışır”

image-mariyaabackend

“Fransa Afrikadakı siyasətinin uğursuzluğa düçar olmasından sonra Qarabağda özünə sülhməramlı obrazı yaratmağa çalışır”.

Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” kanalının efirində deyib.

Onun sözlərinə görə, Qarabağda sülhməramlı rolunu Rusiya yerinə yetirib: “Hesab edirəm ki, Parisin Qafqazda fəallığının artması Fransanın Afrikadakı siyasətinin uğursuzluqla nəticələnməsi fonunda ictimai-siyasi kontekstdə bir kompensasiyadır. Fransanın Qafqazdakı “eksperiment”lərinə “bir növ sülhməramlı səylər”i daxildir. Biz bilirik ki, bunun sülhməramlılığa heç bir aidiyyəti yoxdur”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90