Busaat.az-ın məlumatına görə, belə ki, polis solçu ittifaqın erkən seçkilərdə birinci olmasını qeyd edən nümayişçilərə bibər qazı ilə müdaxilə edib.
Əvvəlcə nümayişdə bayram ab-havası olsa da, sonrakı saatlarda polislə fəallar arasında gərginlik artıb.
Məlıumata görə, bəzi fəallar polisə müxtəlif əşyalar atıblar. Polis isə nümayişin qarşısını almaq üçün bibər qazından istifadə edib.
Qeyd edək ki, Fransada keçirilən növbədənkənar seçkilərin ikinci turunda Yeni Xalq Cəbhəsi Milli Assambleyada ən çox mandata malik ittifaq olub. Emmanuel Makronun ittifaqı ikinci, ilk turda qalib gələn ifrat sağçılar isə üçüncü yerə düşüb.