Fransada işıqfora narıncı işıq əlavə edildi

image-fransada-yayalar-icin-trafik-lambalarina-turuncu-isik-eklendi-wrswbackend

Fransada piyadalara qırmızıda dayanma vərdişi qazandırmaq üçün işıqforlara yaşıldan sonra yanan narıncı işıq əlavə edilib.

Busaat.az-ın “France Info”ya istinadən xəbərinə görə, Metz, Nansi, Nant, Nitsa, Strasburq, Tuluza və Versal şəhərlərində piyadalar işıqforun qırmızı işığında dayanmağı sevmədiyi üçün işıqforlara narıncı işıqlar qoyulur.

Bu şəhərlərdə sınaq mərhələsində olan tətbiq ilə piyadaların qırmızıdan əvvəl insan siluetində narıncı lampanı yandıraraq yol qaydalarına əməl etmələri hədəflənir.

Son rəy sorğusu göstərib ki, fransalı piyadalar işıqforun qırmızı işığında dayanmağı sevmirlər və piyadaların vurulduğu qəzaların 40 faizi ölümlə nəticələnir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki