Fransanın İle-de-Frans bölgəsində təxminən 4 həftədir ki, avtobus sürücülərinin iş şəraitinin yaxşılaşdırılması və həvəsləndirici mükafatlar tələbi ilə başladığı etiraz tətili davam edir.
Busaat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Mənbənin sözlərinə görə, sentyabrın 12-də başlayan etiraz tətili ictimai nəqliyyatda ləngiməyə səbəb olub. Həmçinin, İle-de-Fransda 9 avtobus xəttində nəqliyyatın hərəkəti dayandırılıb.
Digər tərəfdən, sürücülərlə işəgötürən şirkət arasında aparılan danışıqlarda hələlik heç bir irəliləyiş əldə olunmayıb.