Fransada nümayişlər keçirilir

image-23backend

Fransada prezident Emmanuel Makronun qərarı ilə keçirilən növbədənkənar seçkilərin ikinci turuna günlər qalmış ifrat sağçılara qarşı nümayiş keçirilib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, müxtəlif həmkarlar ittifaqları və assosiasiyaların çağırışı ilə ifrat sağçı müxaliflər Parisin Respublika meydanına toplaşıblar.

Nümayişçilər ümumi seçkilərin ilk turunda birinci olan ifrat sağçı Milli Ralli partiyasına qarşı şüarlar səsləndiriblər.

Fəalların əllərində Fransa və Fələstin bayraqları, eləcə də “Hamımız irqçiliyə, antisemitizmə və antimüsəlman əhval-ruhiyyəsinə qarşıyıq” yazılmış böyük pankart da daşıyıblar. Meydanda müxtəlif sənətçilər konsertlər veriblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki