Fransada nümayişlərin 12-ci günü: Polislə nümayişçilər arasında toqquşma olub

image-default-54backend

Parisdə pensiya islahatına qarşı keçirilən etiraz aksiyası zamanı polislə toqquşmalar artıb və polis etirazçıları vəhşicəsinə geri püskürtməyə başlayıb.

Nümayiş bir neçə qrupa bölünüb, hər birində nümayişçilərlə polis arasında toqquşma var. Etirazçılar polis əməkdaşlarına daş, boya qabları və şüşə butulkalar atırlar. Polis etirazçıların hərəkət istiqamətlərini bağlayaraq onlara qarşı qalxan və gözyaşardıcı qazdan istifadə etməklə cavab verib.

Bir neçə nəfər xəsarət alıb, həkimlər onlara yerindəcə kömək etməyə çalışırlar. Daha bir neçə nəfər həbs edilib.

Euronews-un məlumatına görə, ötən ay keçirilən tətil nəticəsində Fransa paytaxtının küçələri bir neçə gün ərzində üfunət iyli tullantılarla dolub. Çünki təmizlik işçiləri də tətillərə qoşulub.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki