Fransada sərxoş deputatlar parlamentdə müzakirələrə səbəb olub

image-76880backend

Fransada “sərxoş deputatlara” görə Milli Assambleyada spirtli içkilərə qadağa qoyulması müzakirə edilib. Assambleyanın sədri təklif edib ki, plenar müzakirələr zamanı alkoqollu içkilərin qadağan edilməsi məsələsi xüsusi iclasda müzakirə olunsun.

Busaat.az xəbər verir ki, Fransada bəzi deputatların Milli Assambleyanın plenar iclaslarında sərxoş halda iştirakı müzakirələrə səbəb olub.

Fransa mətbuatında yer alan xəbərə görə, son günlərdə qalmaqallı pensiya islahatının müzakirə edildiyi Milli Məclisdə uzun sürən danışıqların fasilələrində bəzi deputatların parlamentin restoranında spirtli içki qəbul edərək huşunu itirdiyi görülüb.

Bildirilib ki, bəzi deputatlar spirtli içki qəbul edərək qusublar, ümumi yığıncaqlar zamanı “coşqu” yaradan davranışlar sərgiləyiblər.

Bəzi millət vəkilləri, xüsusilə Milli Birlik (MN) Partiyasının millət vəkili Sebastien Çenu parlamentdə müəyyən saatlardan sonra spirtli içki qəbulunun məhdudlaşdırılmasını təklif edərkən, parlamentin spikeri Yal Braun-Pivet partiya qrup liderlərindən parlamentə gələrkən deputatları səliqə-sahmana salmaq üçün xəbərdarlıq etmələrini istəyib.

Braun-Pivet, həmçinin təklif edib ki, plenar müzakirələr zamanı alkoqolun qadağası bir sessiyada xüsusi müzakirə olunsun.

Keçmiş nəqliyyat naziri Jan-Batist Cebbari də BFMTV-də iştirak etdiyi proqramda Milli Assambleyada belə halların yeni olmadığını bildirib.

Bəzi deputatların sərxoş halda parlamentin iclaslarına qatılması sosial şəbəkələrdə də reaksiya ilə qarşılanıb.

Mövzu ilə bağlı tvitlərin altında bir istifadəçi yazıb: “Bu millət vəkilləri həqiqətən bizimlə maraqlanmırlar. Onlar heç bir işə yaramır. Bunun sübutu odur ki, hökumət istədiyi qanunları (parlamentdən) səs çoxluğu almadan qəbul edir”.

Bir istifadəçinin, “İndi başa düşürük ki, səsvermə zamanı niyə mənasız qərarlar qəbul edilir”, – ifadəsi xüsusi diqqət çəkib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki