Fransada təyyarə qəzası: Uçuşlar dayandırıldı

image-qezabackend

Fransanın cənubunda yerləşən Montpellier şəhərində yük təyyarəsi eniş zamanı uçuş zolağından çıxaraq yaxınlıqdakı gölə düşüb.

Busaat.az xəbər verir ki, bu barədə Fransa Mülki Aviasiya Təhlükəsizliyi Tədqiqat və Təhlil Bürosu (BEA) öz rəsmi Twitter hesabında paylaşım edib.

West Atlantic hava yollarına məxsus Boeing 737 yük təyyarəsi Montpellier hava limanına eniş zamanı uçuş zolağından çıxaraq yaxınlıqdakı gölə düşüb. Səhərə yaxın baş verən qəzada yük təyyarəsində olan 3 şəxs qalıqlar arasından çıxarılıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Verilən məlumata görə, uçuş-enmə zolağının təhlükəsizliyinin yoxlanılması bitənə qədər Montpellier hava limanında uçuşlar dayandırılıb.

Qeyd edək ki, artıq qəzanın fəsadlarının aradan qaldırılmasına başlanılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90