Füzuli-Şuşa avtomobil yolu ilə hərəkət təmin olunacaq – FOTO/VİDEO

Füzuli-Şuşa avtomobil yolu ilə hərəkət təmin olunacaq – FOTO/VİDEObackend

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra icrasına başlanılan layihə uğurla davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Busaat.az-a verilən məlumata görə, dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir. Yeni avtomobil yolunun ümumi eni isə 37.7 m təşkil edəcək.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa layihə üzrə relyefin imlan verdiyi ərazilərə qədər hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olacaq.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. Avtomobil yolu sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.

Qarabağımızın tacı olan Şuşamıza aparan yeni avtomobil yolunun qısa müddət ərzində tikintisinin yekunlaşdırılması üçün layihə şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir. Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik “Kolin İnşaat” başda olmaqla Türk Şirkətlər Qrupu və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.

Füzuli-Şuşa yeni avtomobil yolu ilə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün qısa müddət ərzində müvəqqəti olaraq 2 hərəkət zolaqlı və çınqıl örtüklü olmaqla yeni yolun inşa edilərək istifadəyə verilməsi planlaşdırılır. Bu istiqamətdə yol boyu bütün qüvvələr səfərbər olunub. Təbii ki, buna paralel olaraq layihə üzrə tikinti işləri də davam etdirilir və təyin olunmuş qrafikə uyğun inşaat işlərinin bu ilin sonu, növbəti ilin əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur.

Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının və yol əsasının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Yol boyu suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik dairəvi suötürücü boruların və düzbucaqlı su keçidlərinin, həmçinin avtomobil körpülərinin inşası da layihə üzrə nəzərdə tutulur.

Qeyd edək ki, inşa edilən yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində paytaxt Bakıdan Şuşa şəhərinədək olan məsafə daha da qısalaraq təqribən 363 km təşkil edəcək.

busaat 3898e43d6fa2b189d41507f2948071d0 8xcg3s5itepjnh17uwbk busaat 3898e43d6fa2b189d41507f2948071d0 sw9p764cnqgj08k2av5e busaat 5c61cbdf6b11dd1f029164146dc9c31f i2hjxrosep6wb8uzac5m busaat b4916a9f81b8b057d211e85015ce3c90 c87y05ei9rkhpqvxu4g2 busaat d10e191eb6199085f18468ac7e240a52 75g8qnzjsmxyvlub126p busaat 5e0bbe56d24e595a58e6671bc4916bc7 fpqz3t7xbo95kw8gr61e busaat a86d0ba1ccaf90a3e71933983fec1349 9z1w7ex52svakh8omjqi busaat 598e9bc86a2b8604e588fca9d93e0334 k2hp6umljn9ze14qyf8t busaat e8d56135c459bc1de2dd11ef350a8be1 gqswox2zraevm4j5kyui busaat 898f2d726d668fdf79bf9e292d16b41f ksr0tl2ea96wpq35oju1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki